9 Temmuz 2016 Cumartesi

Robert Lyuis Stivenson-Dəfinələr adası

Dəfinələr Adası
Robert Lyuis Stivenson
Hərkəsə Salam !
Uzun zamandır post yazmıram.Bunun səbəbi kitabxanadan götürdüyüm 2 kitabı bitirmək lazım olduğu üçün idi,və həyatımda baş verən bir çox dəyişikliklər nəticəsində vaxt tapa bilmirdim.
Qeyd eləmək istərdim ki,hal hazırda bəhs edəcəyim kitabı bitirmişəm və hətta artıq kitabxanadan yeni 2 kitab da götürmüşəm.
Sadəcə dediyim kimi post yazmağa vaxt olmurdu.Mən də tez bir zamanda yazmaq istəyirdim və bu günə qismət oldu.
Hər nə qədər macarə janrını sevməsəm də bu bu kitabı çox sevdm.Kitabı ilk səhifəsindən son səhifəsinə qədər maraqla və həyəcanla oxudum.Adından da bəlli olduğu kitab səyahət,macəra janrındadır.Kitabda baş obraz olan Cim Hokinsin başına gələnlər qələmə alınıb.Cim Hokins 14-15 yaşlarında yeniyetmə oğlandır.Ata,anası və özü birgə 3nəfərlik kiçik bir ailədir və bu ailənin "Admiral  Benbou" adında kiçik bir mehmanxanası var.
Bir gün bu mehmanxanaya qəribə bir kapitan üz tutur.Hansıki onun gəlişi Cim Hokinsin həyatını 180 dərəcə dəyişir.
Kapitanı bir çoxları öldürmək sitəyir.Çünki onda dəniz qulduru Flintin dəfinələrin yerini göstərən xəritə var.Kapitan ömrünün son günlərinə qədər bu xəritəni qoruyur,heç kəsin əlinə keçməsin izin vermir.Ölərkən bütün sirrləri Cim Hokinsə danışır.Cim Hokins xəritəni götürür və hərşey balşayır.Kapitanın düşmənləri bu xəritəni ələ keçirmək üçün Cimin arxasınca düşür.Cim yaşına görə çox güclü və qorxmazdır ki,bu da əsərdə diqqətimi çəkən məqamlardan biridir.Hokins əvvəllər atasını da,kapitanı da müalicə edən Həkim Livsinin evinə gedir.Beləliklə onlar gəmi düzəldir və "Dəfinələr adası"na gedirlər.Sonradan bəlli olur ki,gəmi heyyətində onlara qarşı çıxmaq istəyənlər də var.Çox güman ki,bunun səbəbi xəritəni onlardan alıb xəzinəni onlar götürmək və Cimə,Həkim Livsiyə və s.onların tərəfdarlarına xəyanət etmək idi.Amma yaxşı ki,bu məqsədlərinə nail ola bilmirlər.
Əslində məncə Həkim Livsi (və onların tərəfdarları) daha çox Cim`in sayəsində qalib gəlirlər.Çünki hər dəfə cimin bəxti gətirir.
Cim hələ alma çəlləyində olarkən gəmidə onlara xəyanət etmək istəyənlərin olduğunu anlayır və bunu Həkim Livsiyə,Aleksandr Smollet`ə bildirir.Bunun nəticəsində də onlar tədbir görürlər.

5 Haziran 2016 Pazar

Cek London-Bozqurd

Bozqurd
Cek London
Hamıya salam ! Hər nə qədər bloggerlikdə yeni olmağıma baxmayaraq kitab haqqında fikirlərimi durmadan paylaşmağa çalışıram.Bəzən özümə "kaş əvvəldən post yazardım".Çünki blog açmamışdan öncə də kitablar oxuduğuma görə zaman tapdıqca internet vasitəsilə o kitabları yenidən xatırlayıb onlarında postunu yazacağam.Nəysə keçən mövzumuza.Uzun zamandır kitab oxuya bilmirdim və dünən bu həsrətə son qoydum.Kitabxanadan 2kitab götürdüm.Bunlar birinin adı hal-hazırda bəllidir.Digərinin adı isə sirr qalsın.
    " Cek London`un hekayələri " kitabı götürmüşəm və bu kitabın içində Meksikalı,Həyat eşqi,Boz qurd,Tonqal kimi hekayələr cəmləşmişdir.Mən Bozqurdu yarım saata bitirdim.Əslində hekayənin yazılma məqsədini tam olaraq anlamadım.Ümumiyyətlə nəyə görə bu kitabı götürdüyümü də hələ anlamış deyiləm.Çünki kitab uşaq ədəbiyyatına aiddir.Nəysə.
Kitabda Mec (qadın),İrvin(kişi) obrazları  baş orbazlardır (öncədən də dediyim kimi mən oxuduğum kitabları film kimi gözümün önündə canlandırıram).Mec və İrvin bir müddətdir ki,həyətlərində yaşayan qurd ilə yaxınlaşmaq istəyirlər.Əslində onun tam olaraq it və ya qurd olduğunuda müəyyənləşdirmiyiblər.
  Mec və İrvin qurda nə qədər yemək,süd verəsələr də qurd onlara doğma sahibi kimi yaxın durmur.Mec və İrvin qurdu ram etməyə çalışırlar və bunun üçün qurdun boynuna lövhə taxırlar.Bu lövhədə qurdun sahibinin onlar olduğu qeyd edilmişdi.Əgər qurd itərsə və başqaları bunu görərsə lövhə vasitəsilə sahibi asanıqla tapa bilərdi.Lövhə taxdıqdan sonra isə qurdu azad buraxırlar.Qurd isə qaçır.Eyni hadisə bir neçə dəfə baş verir.Lakin lövhə vasitəsilə hər dəfə qurdu geri qaytarmaq olurdu.
Nədənsə qurd həmişə şimala qaçırdı.Bunun gizli bir səbəbi var idi.İrvin bunu araşdırmağa çaışsada heçnə müəyyən edə bilməmişdi.

Mən hekayədəki hadisələrin hamısını danışsam sizdə bu hekayəyə maraq qalmayacaq odur ki,keçək sona.

Hekayənin sonlarında qurdun sahibi tapılır.Və onun nəyə görə hər dəfə şimala qaçdığı da bəlli olur.Sən demə qurdun sahibi şimalda yaşayır....



4 Haziran 2016 Cumartesi

Polkovnikə məktub yoxdur
Qabriel Qarsiya Markes 

Bu gün " Polkovnikə məktub yoxdur " əsəri haqqında danışacağıq.
Kitab kiçik həcimli olduğuna görə qısa zaman içində bitirəcəyinizi düşünürəm.Bu əsər Qabriel Qarsiya Markesin  1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellasıdır.

Novellada hadisələr balaca Kolumbiya şəhərciyində 1956-cı ildə baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır.
Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir
Qeyd edim ki,mən kitabı oxuyarkən bəzi bölümlərində təsirləndim.Düşünürəm ki,siz də bu hissləri yaşayacaqsınız.Kitab bəlkə də diqqətinizi o qədər də çəkməyəcək ancaq önyargılı olmayaq.

Kitabdan seçdiyim sitatlar :

  • Çətirlər nədənsə mənə ölümü xatırladır
  • Kasıbçılığın ən pis cəhəti odur ki, o səni yalan danışmağa məcbur edir.
  • Elə satmaq lazımdır ki, sanki sən özün alırsan.
  • Mən şlyapa taxmıram ki, heç kimin qarşısında da onu çıxarmayım
  • Yüz ilin tənhalığı  Qabriel Qarsia Markes

    Öncəliklə kitabın yazarı haqqında qısa məlumat vermək istərdim :  — Kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim, 1982–ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.

    1967–ci ildə cəmiyyətə "100 ilin tənhalığı" (isp. Cien anos de soledad) romanı təqdim edilir. Bu romanda Makonda kəndi (Arakataka şəhərinin Markes uşaqlığını keçirtdiyi kəndidir.) özündə Latın Amerikasını simvollaşdırır, onun yaradıcısı Buendina isə özünün kökünü və dünyanın tarixini əks etidirir. Romanı ilk dəfədən demək olar ki, dünyanın bütün dillərinə çevirməyə başlayırlar. Həmçinin bütün tənqidçilər, oxucular ədəbiyyatın müasir şah əsərini açıq ürəklə qəbul edir. Latın Amerikasında sanki partlayış olur və Markesi realizmin banisi adlandırırlar. Tezlikdə Markes Barselonaya köçür. Ona Nyu Yorkda Kolimbiya Universitetinin fəxri doktoru adı verilir.
    ________________________________________________________________________________
     Digər kitablarıma nəzərən bu kitabı gec bitirdim.Bunda səbəb isə kitabda cərəyan edən hadisələrin qarışıq olması idi.Eyni zamanda kitabdaki orbazların adları eynidir.
    Kitab haqqında şəxsi fikrim isə budur ki,kitab ilk başlarda mənim diqqətimi çəkmirdi.Lakin sonradan kitabın yarısına gəldikdə kitab məndə o qədər maraq oyatdı ki,kitabdan ayrıla bilmirdim.
     Kitabı oxuduğunuz zaman kitabdaki obrazlar sizin başınızı nə qədər qarışdırsa da kitabı diqqətlə oxumağa çalışın bu zaman kitaba bağlanacaqsınız.
     Mən təkcə bu kitabda deyil oxuduğum bütün kitablarda özümü oradaki obrazların yerinə qoyur,bütün hadisələri gözümün önünə gətirirdim.İnanın bu cür etdikdə sizdə kitabı oxumağa daha çox həvəs alınacaq...

    Oxuduğum kitablardan sitatlar ayırmağı sevirəm.Bu kitabda da bəyəndiyim cümlələr :
    • Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axrı olacaq.
    •  Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür. 
    •  Allahsızlığın mərkəzində Allaha dua eləməyə gəlsinlər.
    • İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz. 

    Bu qədər ) Digər kitab fikirlərimə qədər görüşənədək :) 

    Mən və bloggerliyə giriş


    Hamıya salam !


    Bu gün 4iyun.2016 tarixində ilk blogumu açıram.Blogu açmaqda məqsədim insanlarda kitab oxumaq həvəsini oyatmaqdır.Məlum dövrümüz texnologiyalar dövrü olduğuna görə hər kəs telefon və kompyuterləri daha çox tövsiyə edir.Lakin unutmayaq ki,kitablar zamanı faydalı keçirmək üçün ən gözəl vasitədir.Mənə görə kitablar ürəyə açılan bir pəncərədir.Hər bir insanın oxuduğu kitab onun xatakterinin göstəricisidir məncə.Mən bu blogda oxuduğum kitablar haqqında ayrıntılı fikirlərimi paylaşacam.İnşallah blogum böyüyər və bir çox insanlarda kitab sevgisi oyadaram.Bu məqsədimə nasil olmaq üçün isə çalışacağam.
     Baxmayaraq ki,yaşım kiçikdir kitab oxumağa yetərincə zaman ayırdığımı düşünürəm...

    Sağ olun.Gününüz uğurlu olsun.