Bozqurd
Cek London
Hamıya salam ! Hər nə qədər bloggerlikdə yeni olmağıma baxmayaraq kitab haqqında fikirlərimi durmadan paylaşmağa çalışıram.Bəzən özümə "kaş əvvəldən post yazardım".Çünki blog açmamışdan öncə də kitablar oxuduğuma görə zaman tapdıqca internet vasitəsilə o kitabları yenidən xatırlayıb onlarında postunu yazacağam.Nəysə keçən mövzumuza.Uzun zamandır kitab oxuya bilmirdim və dünən bu həsrətə son qoydum.Kitabxanadan 2kitab götürdüm.Bunlar birinin adı hal-hazırda bəllidir.Digərinin adı isə sirr qalsın.
" Cek London`un hekayələri " kitabı götürmüşəm və bu kitabın içində Meksikalı,Həyat eşqi,Boz qurd,Tonqal kimi hekayələr cəmləşmişdir.Mən Bozqurdu yarım saata bitirdim.Əslində hekayənin yazılma məqsədini tam olaraq anlamadım.Ümumiyyətlə nəyə görə bu kitabı götürdüyümü də hələ anlamış deyiləm.Çünki kitab uşaq ədəbiyyatına aiddir.Nəysə.
Kitabda Mec (qadın),İrvin(kişi) obrazları baş orbazlardır (öncədən də dediyim kimi mən oxuduğum kitabları film kimi gözümün önündə canlandırıram).Mec və İrvin bir müddətdir ki,həyətlərində yaşayan qurd ilə yaxınlaşmaq istəyirlər.Əslində onun tam olaraq it və ya qurd olduğunuda müəyyənləşdirmiyiblər.
Mec və İrvin qurda nə qədər yemək,süd verəsələr də qurd onlara doğma sahibi kimi yaxın durmur.Mec və İrvin qurdu ram etməyə çalışırlar və bunun üçün qurdun boynuna lövhə taxırlar.Bu lövhədə qurdun sahibinin onlar olduğu qeyd edilmişdi.Əgər qurd itərsə və başqaları bunu görərsə lövhə vasitəsilə sahibi asanıqla tapa bilərdi.Lövhə taxdıqdan sonra isə qurdu azad buraxırlar.Qurd isə qaçır.Eyni hadisə bir neçə dəfə baş verir.Lakin lövhə vasitəsilə hər dəfə qurdu geri qaytarmaq olurdu.
Nədənsə qurd həmişə şimala qaçırdı.Bunun gizli bir səbəbi var idi.İrvin bunu araşdırmağa çaışsada heçnə müəyyən edə bilməmişdi.
Mən hekayədəki hadisələrin hamısını danışsam sizdə bu hekayəyə maraq qalmayacaq odur ki,keçək sona.
Hekayənin sonlarında qurdun sahibi tapılır.Və onun nəyə görə hər dəfə şimala qaçdığı da bəlli olur.Sən demə qurdun sahibi şimalda yaşayır....
cox gozel hekayedir men de bu kitabi oxumusam...
YanıtlaSil