Polkovnikə məktub yoxdur
Qabriel Qarsiya Markes
Bu gün " Polkovnikə məktub yoxdur " əsəri haqqında danışacağıq.
Kitab kiçik həcimli olduğuna görə qısa zaman içində bitirəcəyinizi düşünürəm.Bu əsər Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellasıdır.
Novellada hadisələr balaca Kolumbiya şəhərciyində 1956-cı ildə baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır.
Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir
Qeyd edim ki,mən kitabı oxuyarkən bəzi bölümlərində təsirləndim.Düşünürəm ki,siz də bu hissləri yaşayacaqsınız.Kitab bəlkə də diqqətinizi o qədər də çəkməyəcək ancaq önyargılı olmayaq.
Kitabdan seçdiyim sitatlar :


