Yüz ilin tənhalığı Qabriel Qarsia Markes
Öncəliklə kitabın yazarı haqqında qısa məlumat vermək istərdim : — Kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim, 1982–ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
1967–ci ildə cəmiyyətə "100 ilin tənhalığı" (isp. Cien anos de soledad) romanı təqdim edilir. Bu romanda Makonda kəndi (Arakataka şəhərinin Markes uşaqlığını keçirtdiyi kəndidir.) özündə Latın Amerikasını simvollaşdırır, onun yaradıcısı Buendina isə özünün kökünü və dünyanın tarixini əks etidirir. Romanı ilk dəfədən demək olar ki, dünyanın bütün dillərinə çevirməyə başlayırlar. Həmçinin bütün tənqidçilər, oxucular ədəbiyyatın müasir şah əsərini açıq ürəklə qəbul edir. Latın Amerikasında sanki partlayış olur və Markesi realizmin banisi adlandırırlar. Tezlikdə Markes Barselonaya köçür. Ona Nyu Yorkda Kolimbiya Universitetinin fəxri doktoru adı verilir.
________________________________________________________________________________
Digər kitablarıma nəzərən bu kitabı gec bitirdim.Bunda səbəb isə kitabda cərəyan edən hadisələrin qarışıq olması idi.Eyni zamanda kitabdaki orbazların adları eynidir.
Kitab haqqında şəxsi fikrim isə budur ki,kitab ilk başlarda mənim diqqətimi çəkmirdi.Lakin sonradan kitabın yarısına gəldikdə kitab məndə o qədər maraq oyatdı ki,kitabdan ayrıla bilmirdim.
Kitabı oxuduğunuz zaman kitabdaki obrazlar sizin başınızı nə qədər qarışdırsa da kitabı diqqətlə oxumağa çalışın bu zaman kitaba bağlanacaqsınız.
Mən təkcə bu kitabda deyil oxuduğum bütün kitablarda özümü oradaki obrazların yerinə qoyur,bütün hadisələri gözümün önünə gətirirdim.İnanın bu cür etdikdə sizdə kitabı oxumağa daha çox həvəs alınacaq...
Oxuduğum kitablardan sitatlar ayırmağı sevirəm.Bu kitabda da bəyəndiyim cümlələr :
- Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axrı olacaq.
- Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
- Allahsızlığın mərkəzində Allaha dua eləməyə gəlsinlər.
- İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz.
Bu qədər ) Digər kitab fikirlərimə qədər görüşənədək :)

Hiç yorum yok:
Yorum Gönder